YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçkilər demokratik, azad və şəffaf keçiriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qaradağ rayonu, Qızıldaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov ölkəmizdə artıq beşinci dəfə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verib. O, bildirib ki, 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində qəbul olunmuş Konstitusiyada bələdiyyələrin hüquq və vəzifələri öz əksini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar həm də bələdiyyə institutunun işinə öz müsbət təsirini göstərib.

Bələdiyyə üzvlüyünə namizədlər Emin Ramazanlı, Fərid Tağıyev, Adəm Rzayev, Günel Niftəliyeva, Zeynəb Məmmədova və Rəsmiyyə Nəcəfova 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə orqanlarının inkişafı üçün mühüm addımlar atıldığını bildiriblər. Vurğulanıb ki, müstəqilliyin bərpasından sonra keçirilən bütün seçkilərdə YAP inamlı qələbə qazanaraq xalqımızın rifah halının yaxşılaşmasına töhfələr verib. Növbəti bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşan YAP bu dəfə də seçicilərin etimadını qazanacaq.

Görüşdə seçicilərdən Samirə Əzizova, Zülfiyyə Bəşirova, Nurəddin Əliyev və başqaları çıxış edərək yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Qızıldaş bələdiyyəsi üzvülüyünə namizədlər Puta, Korgöz və Qızıldaş qəsəbələrində məhəllə və qapı-qapı texnologiyası üzrə görüşlər də keçiriblər.