YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni uğurlar qazanmaq üçün…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Ziyadlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, ölkədə bütün sahələri əhatə edən islahatlar ardıcıl olaraq davam etdirilir. Qarşıdan gələn bələdiyyə seçkilərinin önəmini vurğulayan təşkilat sədri YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.

Tədbirdə bələdiyyə üzvlüyünə namizədlər İlqar Alıyev, Müşfiq Əhmədov son dövrlərdə yerli özünüidarəetmə orqanlarının daha effektiv fəaliyyət göstərməsi üçün həyata keçirilən islahatlardan bəhs ediblər.

Çıxış edən seçicilər Əmiraslan Məmmədov, Vüsal Zamanov, Rəsul Abbasov və Həsənli Bərzani YAP-ın namizədlərinə səs verəcəklərini qeyd ediblər. “Yeni Azərbaycan Partiyasını dəstəkləmək rifahı, yüksəlişi və tərəqqini seçməkdir”, - deyə vurğulanıb.