YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyə seçkiləri növbəti qələbəmiz olacaq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu Göyəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Zaqatala rayon rayon təşkilatının sədri Fərid Ramazanov YAP-ın seçki proqramı barədə ətraflı məlumat verib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin xalqın Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin bariz nümunəsi olduğunu deyib.

Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Seçki qərargahının üzvləri Tahir Məmmədov, Qudbiddin Qardaşov YAP-ın daim dövlətçiliyə xidmət etdiyini və YAP-ın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıb. 

Seçicilər 29 yanvar seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.