YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçicilər ən layiqli namizədə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu vurğulayıb. O, YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi barədə seçicilərə ətraflı məlumat verib. Təşkilatın sədri, həmçinin ölkəmizdə bələdiyyələrin yaranma tarixindən, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstəkdən söz açıb.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nurel Kərim, Xədicə Həsənova, Bəhram Ağakişiyev və Rəşad Sadıqov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Seçicilər görüş zamanı YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.