YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Hədəflər reallaşdırılacaq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabunçu rayonu Bakıxanov, Kürdəxanı, Maştağa və Zabrat bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.

Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Salman Məmmədov, Hikmət Alıyev, Amin Nəzərli, Anar Həsənzadə, Rəhiməxanım Abbasova, Vüsalə Səlimova bildiriblər ki,  Prezident, YAP Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir. Namizədlər Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində – ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynadığını söyləyiblər.

Çıxışlarda seçicilər 29 yanvar tarixində seçkidə fəal iştiraka və ən layiqli namizədlərə səs verməyə çağırılıb.