YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Uğurlarımızın davamı naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Balakən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Prezident, YAP Sədri İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb. Bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Qeyd edilib ki, əzəli torpaqlarını düşmən işğalından azad edən Azərbaycan  tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən və bir çox ölkələr üçün nümunə olan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Çıxış edən seçki qərargahının üzvü Rəşid Musayev, partiya fəalı Mehparə Murtuzəliyeva YAP-ın uğurlarından danışıb, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan partiyanın yarandığı vaxtdan bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük inamla qələbə qazanacağını bildiriblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.