Seçki xəbərləri
YAP uğurlar partiyasıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonunun Qaraxanlı və Yuxarı Öysüzlü bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov çıxışında Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, partiyanın ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında oynadığı əhəmiyyətli rolu vurğulayıb. O, bu çərçivədə, partiyanın həyata keçirdiyi layihələr və sosial proqramlar vasitəsilə cəmiyyətin inkişafına verdiyi töhfələri geniş şəkildə izah edib. Təşkilat sədr müavini partiyanın əldə etdiyi nailiyyətlərin və həyata keçirilən işlərin seçki prosesindəki uğurlarını daha da artıracağını bildirib.
Bələdiyyə üzvülüyünə namizədlər Kamran Ələkbərov, Vüqar Əliyev, Ramiz İsmayılov həyata keçirilən islahatların bələdiyyələrin şəffaflıq və hesabatlılığını artırdığını vurğulayaraq seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.