Seçki-2024
Rifah və inkişafa səs verək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət kimi inamla inkişaf etdiyini, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə çox mühüm nailiyyətlərə imza atdığını və Zəfər zirvəsinə yüksəldiyini vurğulayıb.
O, Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin partiyanın uğurlarını və hədəflərini özündə əks etdirdiyini deyib. “YAP xalqın dəstəyi ilə növbəti seçkilərə də qələbə əzmi ilə qatılır”, - deyə B.Mustafayev vurğulanıb.
Seçki qərargahının üzvləri Allahverdi Alıyev, Pərviz Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Fikrət Zeynalov, Anar İsmayılov, Ədalət Quliyeva, Nargilə Kərimova, Mahnur Ömərova, Gülnarə Dadaşova, Gültəkin Nəzərova və Vüsal Alşanov ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatların bələdiyyə institutunun da inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, xalqın iradəsi əsasında yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri öz fəaliyyətlərini yeni hədəflər istiqamətində quracaqlar. “Yeni Azərbaycan Partiyasını dəstəkləməklə növbəti dəfə rifah və inkişafa səs verək”, - deyə seçicilərə çağırış edilib.