YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqa verilən vədlər yerinə yetirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu Ağalıq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bələdiyyə seçkilərinin Yeni Azərbaycan Partiyasına xalqımızın inam və etimadının növbəti bariz nümunəsi olacağını bildirib. Qeyd olunub ki, bələdiyyə orqanları yerli əhəmiyyətli məsələlərə qərar verir, infrastrukturun inkişafına, sosial xidmətlərin təminatına təsir edir.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Seymur Qədəşov, Xalidə Əliyeva və bələdiyyə üzvlüyünə namizədlər Elnur Beybalayev, İnqilab Soltanov əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayandığını bildiriblər.

Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini qeyd ediblər.