Seçki xəbərləri
Qalib Azərbaycanla yeni zəfərlərə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonunun Ağlavaşlı və Könüllü bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, bələdiyyələrin əhaliyə daha keyfiyyətli xidmət göstərməsi əsas hədəflər sırasındadır.
Görüşdə təşviqat qrupunun üzvü Bəxtiyar Əhmədov və bələdiyyə üzvlüyünə namizədlər Elşən Mehdiyev, Fəxri Yusibov, Bilal Haqverdiyev, Kənan İdrisli, Rüfət Əsgərov çıxış edərək bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də qalib Azərbaycanla qürur duyduqlarını və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.