YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP yeni qələbə ərəfəsindədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu Gərənə və Həsənqaya bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan yeni dövrə qədəm qoyur. Ölkəmiz genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatımızda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır.  O, çıxışında seçiciləri bədliyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Ələmdar Ələsgərov, Müfaqət Əliyev, Aygül Bəşirova, Məhərrəm Nərimanov, Bəylər Abdullayev, Arzu Orucova budəfəki seçkilərdə də Azərbaycanı uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan, gələcək xoş günlərimizin təminatçısı olan Yeni Azərbaycan Partiyasının qələbə qazanacağını diqqətə çatdırıblar.

Seçicilər Şərqiyyə Əhmədova, Tofiq Hüseynov, Sevdar Fərəcov, Hətəm Əliyev bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini, YAP namizədlərini dəstəkləyəcəklərini qeyd ediblər.