Seçki-2024
Parlaq ideyalarla yeni zəfərlər qazanılır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdam rayonunun Əfətli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Əfətli, Həsənxanlı, Hacıturalı, Qəhrəmanbəyli və Küdürlü kəndindən olan seçicilərlə görüşü keçirilib.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, əhalinin tam məskunlaşmasından sonra işğaldan azad edilmiş ərazilərdə də yerli özünüidarəetmə orqanları formalaşdırılacaq. Onun sözlərinə görə, gələcəkdə bələdiyyələrin səmərəli və məqsədyönlü fəaliyyətinin təmini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına və ölkə iqtisadiyyatına reinteqrasiyasına mühüm töhfə verməklə yanaşı, vətəndaşların yerli özünüidarəetmədə fəal iştirakının təşviqinə də öz müsbət təsirini göstərəcək.
Təşkilat sədri seçicilərə YAP-ın namizədləri haqqında da məlumat verib.
Bələdiyyə üzvlüyünə namizədlər Siyafəddin Əlili və Eldar Məmmədov partiyanın seçki proqramında əksini tapan hədəflərin əhalinin yerli məsələlərinin həllinə böyük təkan verəcəyini vurğulayıblar.
Seçicilərdən Adil Soltanov, Vahid Həsənov və başqaları bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.