YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dünənin, bu günün və gələcəyin partiyası yeni qələbə əzmindədir!

 Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu, Əmircan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qeyd edib ki, YAP bütün sınaqlardan şərəflə çıxaraq cəmiyyətin avanqard ictimai-siyasi qüvvəsinə çevrilib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamız bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Xalqın YAP-a inamı, güvəni sonsuzdur”.

S.Əbdülov bələdiyyə seçkilərinin əhəmiyyətinə diqqəti cəlb edərək Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verib. “Dünənin, bu günün və gələcəyin partiyası yeni qələbə əzmindədir”, - deyə vurğulanıb.

Bələdiyyə üzvlüyünə namizədlər Cəmilə Ağayeva, Vasif Orucov, Anar Tağıyev və Aysel Şərifova çıxış edərək yeni formalaşacaq bələdiyyədə təmsil olunmaq hüququ qazanacaqları təqdirdə bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.