Seçki-2024
Partiyamızın şərəfli tarixinə daha bir uğur səhifəsi yazılacaq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, Amankənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olduğunu və Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiyini bildirib. O, indiyədək tarixi uğurlara imza atan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də mühüm qələbə qazanacağına inamını ifadə edib. “Partiyamızın şərəfli tarixinə daha bir uğur səhifəsi yazılacaq”, - deyə vurğulanıb.
Bələdiyyə üzvlüyünə namizədlər Qədir Abasov, Fariz Əliyev və Rasim Əmirov YAP-ın seçki proqramı haqqında məlumat verib, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Seçicilər Ədalət Zeynalov, Elsəvər Nəciyev və digərləri seçkilərdə fəallıq göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.