Seçki xəbərləri
YAP ölkəyə yeni uğurlar qazandıracaq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu Köhnə Xudat bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirası olduğunu deyib. Daha sonra YAP-ın seçki proqramı barədə ətraflı məlumat verilib.
Seçki qərargahının üzvü General Sadulov, bələdiyyə üzvlüyünə namizədlər Elçin Məmmıdov, Əlövsət Rüstəmov seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar.
Çıxış edən secicilər Ağadadaş Əlirzayev, İlham Manafov və digərləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində xalqın inamını qazanmış YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.