Seçki xəbərləri
Ucarlıların seçimi YAP-ın namizədləridir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu Bərgüşad-Yuxarı Şilyan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Yuxarı Şilyan kəndinin mərkəzində Şəhidlərin xatirə lövhəsi ziyarət olunub.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub. Ümummilli Lider xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaradıb. Həmçinin qeyd olunub ki, YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan sosial-iqtisadi uğurlar, tarixi Zəfərlər müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir.
Bələdiyyə üzvlüyünə namizədlər Vilayət Məmmədov, Tağı Məmmədov Prezident İlham Əliyevin çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlərin bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Seçicilər Pəri Kamalova və Aşa Hacıyeva qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini deyiblər.
Sonda YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.