Seçki xəbərləri
Yeni dövr ölkəmizə yeni uğurlar vəd edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu Quba, Söhüb, Hacıhüseynli, Talabıqışlaq, Qəçrəş, Küpçal-Dağlı, Digah-Xucbala, Çiçi-Zərqəvə, Amsar, Birinci Nügədi, İkinci Nügədi, Timiryazev-Alekseyevka və Vladimirovka bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Quba bələdiyyəsi üzrə namizədlər Allahverdi Xudaverdiyev və Rafiq Ağarəhimov, Küpçal-Dağlı bələdiyyəsi üzrə namizəd Natiq Bəkmirzəyev, Talabıqışlaq bələdiyyəsi üzrə namizəd Mahir Məmmədov, Qəçrəş bələdiyyəsi üzrə namizəd Vüqar Kərimov, Hacıhüseynli bələdiyyəsi üzrə namizəd Azər Kamilov, Birinci Nügədi bələdiyyəsi üzrə namizəd Əhməd Cabbarov və digərləri Yeni Azərbaycan Partiyasının iştirak etdiyi bütün seçkilərdə qazandığı qələbələrdən bəhs edib, partiyanın 29 yanvar -bələdiyyə seçkilərində də qalib gələcəyinə əminliklərini ifadə ediblər.
Çıxışlarda “Yeni dövr ölkəmizə yeni uğurlar vəd edir”, - deyə vurğulanıb.