YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan demokratik dəyərlərə sadiqdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, İvanovka bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın böyük uğurlar qazandığını deyib. Vurğulanıb ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ölkəmiz regionda yeni reallıqlar yaradıb.

Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu bildirən Z.Muradov ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinin mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Seçki qərargahının üzvü Əfqan Soltanov, bələdiyyə üzvlüyünə namizədlər Oleq Radayev, Maqsud Hüseynov, Məhəmməd Veysəlov və Əlişir Balaliyev seçiciləri ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan və xalqın partiyası olan YAP-ın namizədlərinə səs verməyə çağırıblar.