YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Əmin addımlarla!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu Sarıxanlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında müstəsna xidmətlər göstərdiyini deyib. O, partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq, Vətəninə bağlı insanların YAP-da təmsil olunduqlarını vurğulayıb.

Milli Məclisin deputatı Səyyad Salahlı bildirib ki, bələdiyyə seçkiləri Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqın inam və etimadının növbəti bariz nümunəsi olacaq.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Astan Abduləzimov və Fəxrəddin Bayramov bələdiyyə üzvü seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını qeyd ediblər.

Qeyd edək ki, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev təşviqat kampaniyası çərçivəsində seçicilərlə məhəllə görüşləri də keçirib.