Seçki xəbərləri
Yeni uğurlar üçün YAP-ın namizədinə səs verək!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xızı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, bələdiyyələr təmsil etdiyi bölgələrdə sosial-iqtisadi imkanlardan faydalanaraq əhalinin həyat səviyyəsini yüksəltmək üçün müxtəlif strategiyalar həyata keçirmək potensialına sahibdir.
Tədbirdə çıxış edən təbliğat qrupunun üzvü Fərrux Haqverdiyev və bələdiyyə üzvlüyünə namizədlər Xaliq Qasımov, Aynur Məmmədova, Xəyalə Quliyeva yeni yaradılacaq bələdiyyələrdə təmsil olunmağın məsuliyyətindən bəhs ediblər. Həmçinin, yerli əhalinin ehtiyaclarını dinləmək, onların məsələlərini gündəmə gətirmək və bələdiyyə fəaliyyətini şəffaf şəkildə həyata keçirmək kimi öhdəliklərinin olduğu da diqqətə çatdırılıb.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.