YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni nailiyyətlər üçün Yeni Azərbaycan Partiyası!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən və Quşçu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkəmizin hər bir uğurunda YAP-ın müstəsna rolu var. “Dövlətimiz genişmiqyaslı islahatlar aparır. Bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır”, - deyə o vurğulayıb.

Seçki qərargahının üzvü Cavanşir Qocayev, bələdiyyə üzvlüyünə namizədlər Oqtay Yusifov, Elçin Ələsgərli, Alidə Mustafayeva, Cavid Mehralıyev və Habil Süleymanov YAP-ın bələdiyyə seçkilərində növbəti qələbə qazanmaq əzmində olduğunu vurğulayaraq seçiciləri partiyanın namizədinə səs verməyə çağırıblar.

Seçicilər - şəhid anası Qızbəs Abbasova, Rəşad Qurbanov və Eltun Mayılov Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini, xalqımızın mənafeyi naminə partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Daşkəsən rayonu, Quşçu bələdiyyəsi üzrə YAP-dan olan namizəd Etibar Alıyev məhəlli görüşlər keçirib.