Seçki xəbərləri
Qələbədən qələbəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu Qıvraq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd edib: “Bu addımlar zəruri qanunvericilik bazasının formalaşdırılması və çoxsaylı qanunların qəbulunu əhatə edir. Bu isə bələdiyyələrin fəaliyyətini daha da effektivləşdirmək məqsədini daşıyır”.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Bəxtiyar Süleymanov və bələdiyyə üzvlüyünə namizədlər İlkin Məmmədov, Zeynəb Seyidova, İsgəndər Eyvazov və Nuranə Novruzova bələdiyyələrin qarşısında dayanan vəzifələrdən bəhs edib, YAP-ın namizədlərinin qələbə qazanağı təqdirdə görüləcək işlərdəndən danışıblar.
Seçicilər isə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP-ın namizədləri Qıvraq qəsəbəsində və Qabıllı kəndində şəhid məzarlarını da ziyarət ediblər.
Bundan əlavə, Qıvraq, Qabıllı, Qarabağlar, Xok və Yeni Kərkidə YAP-ın namizədlərinin məhəllə görüşləri də keçirib.