YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyə seçkiləri ölkəmizə yeni uğurlar vəd edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində  Cəlilabad rayonunun Kürdlər bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev bildirib ki, qanunvericilikdə bələdiyyələrə geniş səlahiyyətlər verilir. Onun sözlərinə görə, seçicilərin dəstəyi ilə YAP-ı təmsil edən bələdiyyə üzvləri qarşıdakı mərhələdə mövcud imkanlardan geniş istifadə edəcəklər.

Tədbirdə təşviqat qrupunun üzvləri Nurlan Ağamalıyev, Şahlar Əsədullayev və bələdiyyə üzvlüyünə namizədlər bildiriblər ki, YAP təmsilçiləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər.

Seçicilər də çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini qeyd ediblər.