Seçki xəbərləri
Pirallahıda məhəllə görüşləri olub
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
Namizədlər Elçin Bəbirov və Ülkər Mirzəmətova seçicilərlə məhəllə görüşləri keçiriblər.Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən danışmaqla yanaşı, YAP-ın seçki proqramından da söz açıblar. Namizədlər Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını, bu partiyanın vətəndaşlarımızın xidmətində layiqincə durduğunu xüsusi vurğulayıblar.
Onlar seçiciləri 29 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.