Seçki xəbərləri
YAP-a inam sonsuzdur!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu Qoxmuq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev bələdiyyə üzvlüyünə namizədlər haqqında seçicilərə məlumat verib. O qeyd edib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq.
Bələdiyyə üzvlüyünə namizədlər Əliheydər Abdullayev və Şahid Tağıyev də çıxışlarında bələdiyyə seçkilərinin YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliklərini ifadə ediblər.
Seçicilər Amil Əbdürəhmanov, Fazıl Məmmədov, Coşqun Dadaşov, Cabir Camilov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.