YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bizi yeni qələbələr gözləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıb, qarşıda dayanan vəzifə və hədəflərdən danışıb.

YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov yarandığı gündən xalqın etimadını doğruldan və keçirilən bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyasının zəngin inkişaf tarixindən bəhs edib. O, seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə seçki qərargahının üzvü Çinarə Səfərova, bələdiyyə üzvlüyünə namizəd Sabir Əbdürrəhimov, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə və digər çıxış edənlər bildiriblər ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır.

Tədbirdə iştirak edən seçicilər böyük rəğbət bəslədikləri YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Gəncə şəhəri, Nizami bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.