Seçki xəbərləri
YAP yeni qələbələr əzmindədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Binəqədi rayonu, Binəqədi və Rəsulzadə bələdiyyələi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən Binəqədi bələdiyyəsi üzvlüyünə namizədlər Mürsəl Eminov, Elməddin Nəzərov seçicilərin seçkilərdə onlara etimad göstərəcəklərinə ümidvar olduqlarını söyləyərək etimadı doğruldacaqlarını və bələdiyyənin inkişafı üçün daim səylə çalışacaqlarını vurğulayıblar.
Rəsulzadə bələdiyyəsi üzrə namizəd Həcər Mirzəyeva yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd edib ki, seçicilərimizin rifahı hər zaman diqqətdə saxlanılacaq və bu istiqamətdə mühüm addımlar atılacaq.
Görüşdə çıxış edən seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və ötən seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkilərində də partiyanın namizədlərinə etimad göstərəcəklərini bildiriblər.