Seçki xəbərləri
Yasamal seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin X.Q.Mustafayev küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə giriş sözü ilə çıxış edən təşkilatın sədr müavini Elnarə Mustafayeva bələdiyyə üzvlüyünə namizədlərlə bağlı seçicilərə məlumat verib. O qeyd edib ki, YAP ən layiqli namziədləri irəli sürüb. E.Mustafayeva hər bir seçicinin seçki günü partiyanın namizədlərinə səs verməsinə çağırış edib.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Lalə Bayramova və Xanımağa İsmayılova, bələdiyyə üzvlüyünə namizədlər Bəhram Şeydayev və Samirə Rəhimli çıxışlarında həyata keçirilən islahatların bələdiyyələrin şəffaflıq və hesabatlılığını artırdığını bildiriblər. Çıxışlarda namizədlər seçiləcəkləri təqdirdə bu istiqamətdə aktiv fəaliyyət göstərəcəklərini də səsləndiriblər.
Görüş zamanı çıxış edən Yasamal rayon seçiciləri Röya Rzayeva və Elvin İbrahimli YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Daha sonra partiyanın namizədləri “H.B. Zərdabi pr.43, mən.9” və “M. Sübhi küç. 121” ünvanında seçicilərlə görüşüblər.