YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yolunda əmin addımlarla irəliləyirik!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb: “Bu gün Zəfər yolunda əmin addımlarla irəliləyirik”.

Bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdıran E.Əzizov partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.

Seçki qərargahının üzvü Nəsir Ağayev, bələdiyyə üzvlüyünə namizədlər Mirnamiq Ağayev və Nicat Babayev Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynadığını, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq siyasətə öz töhfələrini verəcəyini bildiriblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.