YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Daim irəliyə baxmalıyıq!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron  rayonu, Hökməli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin reallaşdırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmiz mühüm nailiyyətlər qazanıb. O qeyd edib ki, ölkədə bütün sahələri əhatə edən islahatlar ardıcıl olaraq davam etdirilir: “Dövlət idarəçiliyinin səmərəliliyi və vətəndaş məmnunluğu artıb, Azərbaycan dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazanıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Bütün bunlar milli qürur mənbəyimizdir. Heç şübhəsiz, yeni hədəflərin reallaşdırılması yeni uğurlara yol açacaqdır. Ona görə də daim irəliyə baxmalıyıq”.

Bələdiyyə üzvlüyünə namizədlər Ramil Orucov, Zamin Buğumov və Mirteyyub Mirhadıyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında önəmindən bəhs edib və seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.