YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP yenə qalib olacaq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabunçu rayonu Maştağa, Bilgəh, Bakıxanov, Kürdəxanı, Ramana, Sabunçu və Zabrat bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Vüsalə Məmmədova, Nailə Nəsirova, Zeynəb Məmmədova, Daşqın Abdullayev, Əli Abbasəliyev, Ağazakir Abdullayev, Hüseyn Nəcəfov və Fəhmin Quliyev bildiriblər ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. YAP-ın fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Çıxış edənlər ölkəmizin bugünkü inkişafının davamı naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Sabunçu rayonu Balaxanı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi görüşləri də keçirilib.