Seçki xəbərləri
Yeni məqsədlərə doğru!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yasamal rayonu Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin YAP Yasamal rayon təşkilatında X.Q.Mustafayev küçəsində yaşayan seçicilərlə görüşləri keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva YAP-ın seçki proqramı haqqında geniş danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini deyib.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Zahid Cəfərov, təşviqat qrupunun üzvü Şölət Zeynalov, bələdiyyə üzvlüyünə namizədlər Fəridə Qasımova və Səmayə Cabarova seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Seçicilər Həmid Məlikov və Vaqif İsmayılov YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, namizədlər 2016-cı il Aprel döyüşləri şəhidi Mahir Qadir oğlu Quliyevin ailəsini də ziyarət ediblər.