YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-ın namizədlərinin qələbəsi şəksizdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi rayonu Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə fərdi görüşləri keçirilib.

Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Ramin Əhmədov, Ədviyə Rəsullu, Rahib Hacıyev və Seyfəl Babayev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan danışıb. O, yanvarın 29-da keçiriləcək seçkilərin xalqın YAP-a inamının növbəti ifadəsi olacağını vurğulayıb.

Seçicilər bələdiyyə seçkilərində fəal olacaqlarını, Yeni Azərbaycan Partiyasının  namizədlərinə səs verəcəklərini bəyan ediblər.