Seçki xəbərləri
Bələdiyyə seçkilərinə seçicilərin marağı böyükdür
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şahbuz rayonunun Şahbuz bələdiyyəsi və Külüs bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Şahbuz bələdiyyəsi üzrə namizədlərdən Ofelya Piriyeva, Səmra Məmmədli, Əvəz Mürşüdov, Külüs bələdiyyəsi üzrə Əli Kərimov partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar proqramından bəhs ediblər. “Bələdiyyə seçkiləri ilə bağlı seçici aktivliyinin təşviq edilməsi istiqamətində də işlər davam etdirilir”, -deyə namizədlər qeyd ediblər.
Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.