YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-ın siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonunun Çinarlı və Abbaslı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlar bələdiyyə institutunun da inkişafına müsbət təsir göstərir. Qarşıdan gələn bələdiyyə seçkilərinin önəmini vurğulayan təşkilat sədri YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.

Tədbirdə təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Qabil Lələyev və bələdiyyə üzvlüyünə namizədlər bildiriblər ki, YAP təmsilçiləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər.

Çıxış edən seçicilər də YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.