YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Uğurların təməlində xalqın inamı dayanır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu Çayüzü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. 

Görüşdə giriş sözü ilə çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli bildirib ki, seçki kampaniyası ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır. O, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yerli özünüidarəetmə orqanlarının yaradılması və bu sahədə islahatların aparılması istiqamətində böyük işlər görüldüyünü qeyd edib. Təşkilat sədri seçiciləri bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağıraraq, partiyanın ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm rolundan geniş bəhs edib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Seyran Mustafayev və Fərman Mustafayev ötən müddət ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldığını, bu meyarlara uyğun olaraq yerli özünüidarəetmə orqanlarının daha yüksək səviyyədə fəaliyyət göstərəcəyini, vətəndaş məmnunluğunun artırılmasının prioritet məsələ olduğunu qeyd edib.

Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.