Seçki xəbərləri
Seçicilər YAP-ın bələdiyyələrlə bağlı proqramını təqdir edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirib ki, dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilib. Həmin dövrdən etibarən bələdiyyələrin fəaliyyəti ildən ilə genişlənib.
Daha sonra bələdiyyə üzvlüyünə namizədlər İxtiyar Nəcəfov, Eldar Mirzəliyev və Jalə Qibləliyeva çıxış edərək xüsusi qeyd ediblər ki, ötən illər ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli özünüidarəetmə orqanlarına dövlət dəstəyi gücləndirilib, bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi, yerli xarakterli layihələrin reallaşması məqsədi ilə hər il dövlət tərəfindən dəstək göstərilib.
Qeyd edək ki, Suraxanı rayonu Əmircan bələdiyyəsi üzrə YAP-ın namizədləri Ellada Bəşirova Tofiq Bayram küçəsində, Cəmilə Ağayeva Atamoğlan Rzayev küçəsində, həmçinin Bülbülə bələdiyyəsi üzrə partiyanın namizədi Natiq Həsənov İlqar Məmmədov küçəsində seçicilərlə məhəllə görüşləri keçirib. Görüşlərdə seçiciləri maraqlandıran məsələlər müzakirə olunub.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.