YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Oğuzlular bələdiyyə seçkilərində ruh yüksəkliyi ilə iştirak edəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu Qumlaq-Xalxal bələdiyyəsi üzrə  Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Oğuz rayon  təşkilatının sədri Saleh Məhərrəmov dövlət-özəl təşəbbüskarlığı zəncirinə qoşulmağın yerli icmaların inkişafında mühüm bir addım olduğunu diqqətə çatdırıb. Təşkilat sədri bildirib ki, bu, yalnız dövlətin deyil, eyni zamanda özəl sektorun da iştirakını tələb edir: “Yerli özünüidarəetmə orqanları özəl sektorla əməkdaşlıq etməli, onların təcrübəsindən və resurslarından yararlanmalıdır. Beləliklə, istehsal və xidmət sahələrinin inkişafına dəstək verərək, yerli iqtisadiyyatı gücləndirə bilərik”.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Ehtibar Yusubov, Fərman İbrahimov, və bələdiyyə üzvlüyünə namizədlər Müşviq Mehdiyev, Şahanə Fərəcova, Sarvan İbrahimov, Amil Abbasov, Sahib Balakişiyev ailə-kəndli təsərrüfatlarının fərdi sahibkarlığın inkişafına dəstək verilməsinin də prioritetlərdən biri olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ku, yerli özünüidarəetmə orqanları olaraq, bu təşəbbüsləri dəstəkləmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, bazar imkanlarını genişləndirmək üçün çalışmalıdır.

Seçicilərdən Pərviz Verdiyev, Bəhruz Ağayev və Zeynəb Abdullayeva YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər Oğuz şəhər, Kərimli, Bucaq, Xaçmaz, Padar kəndlərində də seçicilərlə fərdi görüşlər keçiriblər.