YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnam və etimadın bariz nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad şəhəri, Ordubad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat verib. O, bildirib ki, Ulu Öndərin müəllifi olduğu və 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi - referendum nəticəsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin hüquq və vəzifələri təsbit edilmişdir. Təşkilat sədri qeyd edib ki, Prezident İlham Əliyevin çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verməkdədir.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Eldar Zeynalov və Mirümüd Mirbabalı ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Müstəqillik dövründə keçirilən bütün seçkilərdə YAP-ın inamlı qələbə qazandığını vurğulayan namizədlər Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını bildiriblər.

Seçicilər öz çıxışlarında yanvarın 29-da seçki məntəqələrinə gedəcəklərini və YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.