Seçki xəbərləri
Uğurlu gələcək naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu Şabran, Pirəbədil, Ağalıq və Rəhimli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Şabran bələdiyyəsi üzrə namizəd Fidan Fərzəliyeva, Pirəbədil bələdiyyəsi üzrə namizəd Atabala Şeydayev, Ağalıq bələdiyyəsi üzrə namizəd Elnur Beybalayev, Rəhimli bələdiyyəsi üzrə namizədlər Elşad Orucov və Əlirəhim Bibiquliyev, həmçinin təşviqat qrupunun üzvü Seymur Qədəşov YAP-ın bələdiyyə seçkiləri ilə bağlı proqram və məqsədləri haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, bələdiyyə islahatları Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu islahatlar yerli idarəetmə sisteminin gücləndirilməsinə, şəffaflığın artırılmasına və cəmiyyətin rifahının yaxşılaşdırılmasına xidmət edir.
Seçicilər Vidadi Qasımov, Fərhad Məmmədov və Nicat Bağırov YAP fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.