YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Uğurlu siyasətə səs verəcəyik”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quləbənd kənd Mədəniyyət evində Ucar rayonu Qarabörk bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Quləbənd və Alpı kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşdən əvvəl Ucar rayonundan şəhid Fərzalı Əlimövsüm oğlu Fərzəliyevin anım günü münasibətilə rayonun Alpı kənd qəbiristanlığında məzarı ziyarət olunub. Həmçinin Alpı kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir. Partiyanın Sədri, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, sistemli və ardıcıl siyasəti sayəsində Azərbaycan regional liderə çevrilib. Dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz və onun əsas siyasi qüvvəsi olan YAP bələdiyyə seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir.

Bələdiyyə üzvlüyünə namizəd Lalə Rəhimova bildirib ki, Yeni Azərbaycan Partiyasına xalqıın inamı və etimadı böyükdür. Bu seçkilərdə də xalq partiyaya, həyata keçirilən uğurlu siyasətə dəstəyini seçimləri ilə təsdiqləyəcək.

Seçicilər Orxan Xəlilzadə və Elnarə Nuriyeva yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.