YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Şəhid ailələri YAP-ın namizədlərini dəstəkləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Mərdəkan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid Əmir Kazımovun ailəsi ilə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramından söz açıb. O, həmçinin bildirib ki, dövlətimiz tərəfindən ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə və müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Bələdiyyələr tərəfindən də Vətən uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının qayğı və problemlərinin həlli, o cümlədən torpaq sahəsinə olan ehtiyaclarının təmin olunması üçün mütəmadi tədbirlər görülür.

Bələdiyyə üzvlüyünə namizədlər  Mirbaba Hüseynov və Bəxtiyar Babayev də çıxış edərək yerli özünüidarəetmə orqanlarının hər zaman şəhid ailələrinin yanında olacağını bildiriblər.

Şəhid Əmir Kazımovun  ailə üzvləri şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək  yeni zəfərlər naminə yanvarın 29-da keçiriləcək seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.