Seçki xəbərləri
Hacıqabulda seçicilərlə görüşlər davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu Hacıqabul bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Onun sözləırinə görə, ölkəmizin inkişafına xidmət edən islahatlar Azərbaycan xalqının YAP-a inamının daha da möhkəmlənməsinə yol açıb.
Seçki qərargahının üzvü Sahib Aslanov, təbliğat qrupunun üzvləri Aytən İmanova, Reyhan Nuriyeva, bələdiyyə üzvlüyünə namizədlər Sahil Şükürov, Nemət Babayev, Könül Cabbarova və digərləri çıxış edərək bildiriblər ki, qazanılan uğurlar fonunda YAP-ın 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
Görüş zamanı seçicilər adından çıxış edən Cavid Qasımov, Üzümə Şirinova və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Hacıqabul rayonu Hacıqabul bələdiyyəsi üzrə partiya namizədləri Sahil Şükürov, Nemət Babayev, Elçin İbadov, Udullu Bələdiyyəsi üzrə namizədlər Elşən Məhərrəmov, Mübariz Sülüymanov, Mətləb Əsədov, Nemət Qasımov, Mətləb İbrahimov, Qarasu bələdiyyəsi üzrə namizədlər Mireyyub Babayev, Elşad Abdullayev, Qardaş Lazımov, Fəridə Abasova, Rəncbər bələdiyyəsi üzrə namizədlər Əllamə İsmayılov, Aygün İmanova, Atbulaq-Navahı bələdiyyəsi üzrə namizədlər Səidə Əsgərova, Tahir Güləliyev, İlhamə Məmmədova, Meyniman bələdiyyəsi üzrə namizədlər Anar Ağamaliyev və Sahil Ağayev seçicilərlə fərdi və məhəlli görüşlər keçiriblər.