YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP inkişafa dəyərli töhfələr verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonunun, Daşkəsən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçicilərlə məhəlli görüşlər keçirən Daşkəsən bələdiyyəsi üzrə namizədlərdən Oqtay Yusifov, Alidə Mustafayeva və Cavid Mehralıyev çıxışlarında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar proqramından bəhs edib, YAP-ın yerli özünüidarəetmə orqanların fəaliyyətinin inkişafında rolundan geniş söhbət açıblar.

Seçicilər Namiq Həsənov, Vüsalə Əhmədova, Gülnar Yusibova və Rəna Hüseynova bələdiyyə seçkilərində dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.