YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Doğru seçim...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu Osyodərə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov  müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan danışıb. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən partiya olduğunu deyib.

Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Elman Rəcəbov, Veysəl Məlikov və bələdiyyə üzvlüyünə namizədlər Əlizamin Baliyev, Kamran Aşurlu, Mansur Həmzəyev və digərləri ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanın regionun lider dövləti kimi bundan sonra da yeni nailiyyət və zəfərlər qazanacağını əminliklə ifadə ediblər.

Seçicilər inam və etimad ünvanı olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov və Veysəl Məlikov, Lerik rayonu Şingədulan bələdiyyəsi üzrə namizəd Əhməd Əhmədov və Lerik rayonu Blaband bələdiyyəsi üzrə namizəd Niyaz Babayev ayrı-ayrı ərazilərdə seçicilərlə görüşlər keçiriblər.