Seçki xəbərləri
Qələbə əzmi ilə…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu Soltannuxa və Hacıalılı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Tofiq Şükürov, Şahid Rəsulov, Akif Quluyev və bələdiyyə üzvlüyünə namizədlər Kamran Daşdəmirov, Zamin Yolçuyev, Bayram Gözəlov əvvəlcə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.
Çıxış edənlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıblar.