YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Beyləqanlılar da YAP-ın namizədlərini dəstəkləyəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu Dünyamalılar, Qəhrəmanlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov ölkəmizdə bütün sahələri əhatə edən uğurlu islahatların davamlı inkişafımızın bundan sonra da davam etməsi üçün əsaslı zəmin yaratdığını deyib. O, indiyədək iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, YAP-ın bu dəfəki seçkilərdə də qələbə qazanacağına əminliyini ifadə edib.

Seçki qərargahının üzvləri Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Dəyanət Musayev, Tehran Sadıqov, Ərşad Hüseynov, Ayaz Quliyev seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilər Mübariz Cəfərov, Telman Məmmədov və Ənvər Cəfərov çıxış edərək YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Beyləqan şəhəri Magistral küçəsində Beyləqan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşü də təşkil olunub.