Seçki xəbərləri
YAP-la xoşbəxt gələcəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu Cəyli və Yenikənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Rayon təşkilatının sədri Azərbaycanın hərtərəfli inkişaf etməsindən və insanların rifah halının gündən-günə yüksəlməsindən bəhs edib.
Bələdiyyə üzvlüyünə namizədlər Xalid Bayramov, Müzəffər Musayev, İradə Ömərova seçicilərin budəfəki seçkilərdə də Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərini deyiblər.
Seçicilərdən Əliağa Xasıyev, Qabil Mustafayev, Daşqın Veysəlov, Amil Omarov və digərləri uğurların davamı naminə seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verəcəklərini bəyan ediblər.