YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Babək rayonunda seçicilərlə növbəti görüş

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu Nehrəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov bildirib ki, Prezident İlham Əliyev inkişafın Azərbaycan modelinin əsasını qoyub, ölkəmizin inkişafı bir çox dövlətlərə nümunədir. Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir.

YAP Babək rayon təşkilatının sədr müavini Elvin Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Hüseyn Hüseynov, Nigar Sadiqova, Gülşən Rzayeva və Ələsgər Rzayev seçiciləri qüdrətli Azərbaycan vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyasının – Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Paşa Nuriyev, Elmira Bəhramova, Yadulla Həsənov müstəqillik və firəvanlıq naminə 29 yanvar seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Babək rayonu Nehrəm bələdiyyəsi üzrə namizəd Tofiq Abutalıbov və Güznüt bələdiyyəsi üzrə namizəd Gülşən Rzayevanın seçicilərlə məhəllə görüşləri də keçirilib.