Seçki xəbərləri
YAP-ın seçki proqramı yeni reallıqlara əsaslanır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonunun Köçəsgər və Həsənsu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən namizədlər Asim Namazov və Nizami İsgəndərov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar. Namizədlər bildiriblər ki, YAP-ın seçki proqramında sosial infrastrukturun bərpası və yenidən qurulmasında yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Bu amil əhalinin rifahına da müsbət təsir göstərəcək.
Görüşün sonunda seçicilər Pərvanə Məsiyeva, Eldar Allahverdiyev, Ruhiyyə Hüseynova və Sevda Rəhimova YAP-ın fəaliyyətini dəstəklədiklərini bildiriblər.